Azərbaycanın şimalında turist tıxacı yaranıb - - Video

azerbaycanin-simalinda-turist-tixaci-yaranib-
Oxunma sayı: 6040


Belə ki, qarın yağmasından sonra paytaxt, bölgələr və xarici turistlərin axını gözlənilməz sayda çoxalıb. Ən çox turist Quba və Qusar rayonuna axın edib. “Qafqazinfo” xəbər verir ki, hazırda adıçəkilən rayonlarda yerləşən otellər və istirahət mərkəzlərində nəinki gecələmək, qidalanmaq üçün belə yer tapmaq müşkülə çevrilib. Bütün istirahət mərkəzləri və turizm obyektlərində olan yerlər əvvəlcədən yanvarın 10-na kimi tutulub. 

Paytaxtdan hazırlıqsız – yəni əvvəlcədən yer tutmamış yüzlərlə turistin geri qayıtdığı bildirilir. Qubada yenicə açılmış RİXOS otelində isə Türk müğənnisi Tarkanın gəlişi gözlənildiyindən orada turistlərin axını çoxalıb.

Yer qıtlığının yaranması otellədə və istirahət mərkəzlərində qiymətlərin qalxmasına səbəb olub. İstər kotejlərdə, istərsə də otellərdə gecələməyin qiyməti kəskin şəkildə artıb. Quba rayonunda yeni tikilmiş Retro otelində qiymətlər əvvəl 120-150 AZN-dir. Quba-Xınalıq yolunun üzərindəki “Nazlı Bulaq” otelində isə qiymətlər 80-100 manat arasında səhər yeməyi daxil dəyişir. Quba-Qonaqkənd istiqamətlərində yerləşən istirahət mərkəzlərində qiymətlər azda olsa ucuzdur. Bu istiqamətlərdəki otellər 60-80 manat civarındadır. Quba və Qusardakı Olimpia Komplekslərində isə 40-80 manata kotejlər təklif olunsa da, onlarda da yerlər yoxdur. 

Qışda turistlərin axın etdiyi Şahdağ Qış-Yay Turizm Kompleksində isə iynə atsan yerə düşməz. Kompleksdə müxtəlif xidmətlər üçün müəyyənləşdirilmiş qiymətlər də açıqlanıb. Kanat yollarından istifadə böyüklər üçün 1 günlük 20 manat, yarım günlük 10 manat, uşaqlar üçün 1 günlük 15 manat, yarım günlük 8 manatdır. Xizək dəsti böyüklər üçün 14, 22, 30 manat, uşaqlar üçün 13 manatdır. Arzu edənlər müxtəlif qiymətlərə xizək kostyumları da kirayə götürə bilərlər. 

Hoteldə gecələmək isə 70-100 manat arasında dəyişir. Həftənin ortalarında isə qiymətlər yarıbayarı aşağı düşür. Şahdağdakı otellərə turizm şirkətlərinə çoxsaylı müraciətlər var. Elə bunun üçün də turistlərin sayı durmadan artır. İstər yerli və istərsə də xarici turistlərə burda rast gəlmək olur. 

Burada təkcə xizək sürməyi bacaranlar 2 min nəfəri keçib. 2 gündə ümumilikdə 10 minə yaxın turist Şahdağda qeydiyyatdan keçib. Şahdağa əsas müraciətlər Rusiya və digər MDB ölkələrindən gəlir.