Azərbaycanın tanınmış tarzəni vəfat etdi

azerbaycanin-taninmis-tarzeni-vefat-etdi
Oxunma sayı: 3557


Mədəniyyət və İncəsənət Universitetinin “İnstrumental ifaçılıq” kafedrasının müdiri, dosent, tarzən Gülağa Zeynalov dünyasını dəyişib. 

“Qafqazinfo” xəbər verir ki, tarzən Vamiq Məmmədəliyevin APA-ya verdiyi məlumata görə, Gülağa Zeynalov yanvarın 2-də axşam vəfat edib.

Mərhumla vida mərasimi bu gün keçiriləcək.

Qeyd edək ki, Gülağa Zeynalov 1956-cı il  aprelin 28-də Şuşa şəhərində anadan olub. Musiqi məktəbini bitirdikdən sonra 1975-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. 

Gənc yaşlarından Odessa, Berlin, İstanbul, Hollandiya, Qazaxıstan, Özbəkistan, Kiyev və başqa şəhərlərdə keçirilən festival və müsabiqələrdə iştirak edib.