U-21 millimiz Çexiya ilə üz-üzə

u-21-millimiz-cexiya-ile-uz-uze
Oxunma sayı: 379

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq.

 “Qafqazinfo” xəbər verir ki, Rəşad Eyubovun komandası Bakıda Çexiya ilə üz-üzə gələcək.

"Bank Respublika Arena"da keçiriləcək görüşə saat 17:45-də start veriləcək. Oyunu irlandiyalı FİFA referisi Aaron Odoud idarə edəcək.

Azərbaycan millisi qrupda keçirdiyi 7 oyundan sonra 6 xalla 6 komanda arasında 5-cidir.

Qeyd edək ki, U-21-in seçmə mərhələdə növbəti matçı sentyabrın 30-da səfərdə Şotlandiyaya qarşı olacaq.