“Azərbaycanla bağlı bu məlumat yalandır” - ABŞ Səfirliyi

azerbaycanla-bagli-bu-melumat-yalandir
Oxunma sayı: 3908

“ABŞ-nin Azərbaycan vətəndaşları üçün bütün viza növlərini dayandırdığına dair məlumat həqiqəti əks etdirmir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı Səfirliyi feysbuk hesabında paylaşım edib.

“Yerli mediada ABŞ-nin 75 ölkənin, o cümlədən Azərbaycanın vətəndaşları üçün bütün viza növlərini dayandırdığı iddiası ilə bağlı məqalələrin yayımlandığını müşahidə etmişik. Bildiririk ki, bu məlumat həqiqəti əks etdirmir: sözügedən fasilə yalnız immiqrant (daimi yaşayış) vizalarına aiddir və turist, işgüzar səfər, tələbə və mübadilə proqramları üzrə qeyri-immiqrant viza müraciətlərinə şamil edilmir. ABŞ-nin Bakıdakı səfirliyində qeyri-immiqrant viza müraciətlərinin qəbulu davam edir”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, ABŞ Dövlət Departamenti milli təhlükəsizlik tədbirləri çərçivəsində 75 ölkənin vətəndaşları üçün immiqrant vizalarını verilməsini müvəqqəti olaraq dayandırıb. Sözügedən ölkələr siyahısında Azərbaycan da var. Qərar yanvarın 21-dən qüvvəyə minəcək.