Azərbaycanlı milyonçunun zibillik içində olan bağ evi - - Fotolar

azerbaycanli-milyoncunun-zibillik-icinde-olan-bag-evi-
Oxunma sayı: 6136


Mərdəkan Dendrarisi kimi bütün Azərbaycanda məşhur olan bağ hazırda baxımsızlıqdan əziyyət çəkir. 

Bu günlərdə “Qafqazinfo” əməkdaşının yolu Dendraridən düşüb. Jurnalist XIX əsrin sonu XX əsrin əvəllərində məşhur Bakı milyonçusu Murtuza Muxtarovun bağ evi olan, sonralar isə Mərdəkan Dendrarisi kimi dillər əzbərinə çevrilən bu yerə sadə bir turist kimi gedib. Lakin bağda qarşılaşdığı baxımsızlıqdan heyrətə gələrək, ərazini telefonunun fotoyaddaşına köçürüb.

Qeyd edək ki, Mərdəkan Dendrarisi 1890-1920-ci illərdə neft milyonçusu Murtuza Muxtarovun bağ evi olub. Parkın ərazisi əvvəl qayalıq imiş. O, parkın tonlarla torpağını Lənkərandan gətirdib, bağın mərkəzində əsrarəngiz bina tikdirib. Binanı fransız memarı Plaşkoya tikib. Bağda 29 m dərinliyində quyu da var. Həmin quyunun içərisindən olan 4 yoldan biri Xəzər dənizinə, biri neft milyonçusu Şəmsi Əsədullayevin bağına, digər ikisi isə binanın özünə çıxırmış. Həmin bu bağ 1965-ci ildən Botanika İnstituna tapşırılıb.

Bağdakı gölün, yuxarıda bəhs etdiyimiz quyunun qapısı bağlı idi. Qapıları bağlı olan gölün üzərindəki çirkabı, quyunun içərisindəki zibilləri görməmək mümkün deyil.

Ümumiyyətlə, uşaqlar 1 manat, böyüklər 2 manat, xarici vətəndaşlar isə 5 manat ödədikdən sonra bağı gəzə bilərlər. Görəsən, oradan yığılan pulları niyə bağın təmirinə xərcləmirlər? Həmin pulların nəyə sərf olunduğu maraqlıdır...

Xatırladaq ki, Dendraridə bir çox Azərbaycan filmləri də çəkilib.

Gülnar