Sədərək Gömrük Məntəqəsinin rəisi Mirməhəmməd Seyidov Türkiyədə həbs olunub. Türkiyə mətbuatı xəbər verir ki, Mirməhəmməd Seyidov rüşvət və qaçaqmalçılıq əməliyyatı çərçivəsində saxlanılıb.
Belə ki, dünən Qarsa gedən Mirməhəmməd Seyidov təyyarədən düşən kimi Türkiyənin Mütəşəkkili Cinayatələrə Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub. Qarsdan İqdıra gətirilən Seyidov xəstəxanada müayinədən keçiriləndən sonra idarəyə aparılıb.
Azərbaycanın İqdırdakı konsulu Asiman Əliyev bu idarəyə gəlib.
Türkiyə ilə Naxçıvan arasındakı Dilucu Sərhəd Məntəqəsində 280 polisin apardığı əməliyyatda 1-i qadın olmaqla 7 gömrük əməkdaşı saxlanılıb. Əməliyyatda həmçinin 10 nəqliyyat şirkətinin sahibi də həbs olunub. Hazırda əməliyyatla bağlı araşdırmalar başlanılıb. /Anspress/
Son xəbərlər
Son Xəbərlər