“Azərenerji” də #evdəqal aksiyasına qoşuldu - Video

azerenerji-de-evdeqal-aksiyasina-qosuldu
Oxunma sayı: 1967

“Azərenerji” ASC koronavirus xəstəliyi ilə əlaqədar həyata keçirilən #evdəqal aksiyasına dəstək verib.

"Qafqazinfo" xəbər verir ki, Səhmdar Cəmiyyətin İctimaiyyətlə əlaqələr və media mərkəzi tərəfindən hazırlanan videoçarx yayımlanıb.

Videoçarxda Azərenerji ASC-nin əməkdaşları adından bu fikirlər səslənir. “Biz 24 saat gecə-gündüz fasiləsiz olaraq növbətçilik qaydasında işləyərək evinizi enerji ilə təmin edəcəyik. Yetər ki, evdə qalın və həyatları xilas edin! Səbri evdə et, Azərbaycan! Biz birlikdə güclüyük”.