Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “AzərEnerji” ASC-də silsilə tədbirlər keçirilib.
“Qafqazinfo” xəbər verir ki, öncə “AzərEnerji” və “Azərişıq” ASC-lərin kollektivləri Fəxri xiyabanda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Liderin məzarını ziyarət edərək önünə gül dəstələri qoyublar. Həmçinin görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarı da ziyarət edilib.
“AzərEnerji”nin Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksində keçirilən tədbirdə Ulu Öndərin 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlişindən sonra enerji sisteminin kənar mənbələrdən asılılıqdan çıxarılması, ölkədə enerji müstəqilliyinin və təhlükəsizliyinin bünövrəsinin qoyulması, eləcə də 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra elektroenergetika sahəsində həyata keçirdiyi misilsiz işlər barədə çıxışlar edilib.
Digər geniş tədbir isə Heydər Əliyevin təşəbbüsü və təkidi ilə tikilərək 1981-ci ildə istismara verilən, Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevirdəki “Azərbaycan” İES-də keçirilib.
Tədbir çərçivəsində Ulu Öndərin energetika sahəsində xidmətlərini əks etdirən “Müstəqil Energetikanın banisi” adlı film nümayiş olunub.
Ümummilli Liderin anım günü ilə bağlı tədbirlər “AzərEnerji” ASC-nin Naxçıvan, Qarabağ və digər regional elektrik şəbəkələrində də keçirilib.




Son xəbərlər
Son Xəbərlər