“Azeri Light”ın qiyməti 80 dolları ötdü

azeri-lightin-qiymeti-80-dollari-otdu
Oxunma sayı: 997

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti yüksəlib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,46 ABŞ dolları və ya 3,14% artaraq, 80,74 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.