“Azəriqaz” rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək

azeriqaz-rehberliyinin-novbeti-vetendas-qebulu-kecirilecek
Oxunma sayı: 753

“Azəriqaz” İB rəhbərliyinin Zaqatala rayonunda vətəndaş qəbulu keçiriləcək.

İB-dən “Qafqazinfo”ya verilən məlumata görə, 4 dekabr saat 11:00-da Zaqatala Regional qaz istismarı İdarəsinin inzibati binasında (Faiq Əmirov küçəsi, döngə 1, bina 11) baş tutacaq görüş zamanı Zaqatala və Balakən rayonlarının sakinlərinin müraciətləri dinləniləcək.

Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız “Azəriqaz” İB-nin fəaliyyəti ilə bağlı olmalıdır.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Zaqatala Regional qaz istismarı İdarəsinə (tel: 024-22-4-02-60; 050-845-94-21) müraciət edə bilərlər.