Gecə saatlarında yağışın normadan dəfələrlə artıq yağması nəticəsində paytaxtın Nərimanov rayonu Heydər Əliyev prospekti, Bağırov körpüsünün ərazisində subasma qeydə alınıb.
Bakı Şəhər İcra Hakimiyyətindən “Qafqazinfo”ya verilən məlumata görə, nəticədə sözügedən ərazidə hərəkət tam dayandırılıb.
BŞİH-in başçısı Eldar Əzizov və aidiyyəti strukturların rəhbərləri əraziyə gedərək baxış keçirib, təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb.
“Bakı Şəhər İcra Hakimiyyəti, paytaxtın RİH başçıları, onların aparatı və təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışır, şəhər ərazisində xüsusi riskli ərazilər müəyyən edilərək aramsız yağan yağışın fəsadları aradan qaldırılır”, - məlumatda qeyd olunub.