“Bakcell” şirkəti Qarabağda özünün 101-ci baza stansiyasını uğurla istifadəyə verib.
"Qafqazinfo" xəbər verir ki, bununla da şirkət ilin əvvəlində qarşıya qoyulan plana uyğun olaraq 2022-ci ildə işğaldan azad olunmuş ərazilərdə şəbəkəsinin genişləndirilməsinə 23 milyon manat həcmində investisiya yatırıb.
2022-ci ildə “Bakcell” şəbəkəsi növbəti dəfə Ookla® tərəfindən "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" kimi tanınıb.
“Bakcell” işğaldan azad edilmiş ərazilərimizin bərpası və zəruri infrastrukturun yaradılması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdə fəal iştirakını davam etdirəcək.
Son xəbərlər
Son Xəbərlər