Bakı avtovağzalında 30 min dollarlıq oğurluq

baki-avtovagzalinda-30-min-dollarliq-ogurluq
Oxunma sayı: 3785

Bakıda külli miqdarda pul oğurlayan şəxs tutulub.

“Qafqazinfo” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə noyabrın 1-də Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində içərisində 30.000 ABŞ dolları və geyim əşyaları olan çantanın oğurlanması barədə müraciət daxil olub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bərdə sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Azər Vəliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.