“Bakı Metropoliteni” QSC-nin maşinisti qəfil vəfat edib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yanvarın 22-si saat 03:00 radələrində QSC-də motovoz maşinisti işləyən 1958-ci il təvəllüdlü Kərimli Aydın Yusif oğlu “Avtovağzal metrostansiyası”nın 98-ci piketində 12327 nömrəli təsərrüfat qatarını idarə edən zaman qəfildən halı pisləşib. O, sükan arxasında dünyasını dəyişib.
Həmçinin oxuyun: “Дочка не знает о смерти Тунзали” - Видео
Hadisə nəticəsində qatarın hərəkətində hər hansı problem yaranmayıb.
Faktla bağlı araşdırma aparılır.
***
“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, gecə maşinist köməkçisinin dispetçerə məlumatı əsasında dərhal təcili tibbi yardım dəvət edilib:
"Aidiyyəti strukturlara və maşinistin ailəsinə məlumat verilib. Metropolitenin gecə iş rejimi ilə bağlı hər hansısa problem yaşanmayıb. Hazırda məsələ ilə bağlı aidiyyəti strukturlar müvafiq iş aparır".
Nizam Rza
Son xəbərlər
Son Xəbərlər