Bakı metropoliteninin “28 May” stansiyasında sərnişinlər vaqonlardan düşürülüblər.
“Qafqazinfo” Oxu.Az-a istinadən xəbər verir ki, sərnişinlərin məlumatına görə, stansiyada hərəkət etmək istəyən qatarda problem yaranıb.
“Bakı Metropoliteni” QSC-dən məlumat verilib ki, saat 22:58-də qatarın idarəetmə panelində texniki nasazlıq qeydə alınıb:
“28 May” stansiyasında sərnişinlər düşürülüb və qatar “Nizami” stansiyasından texniki baxış üçün “Nərimanov” elektrik deposuna göndərilib”.
Son xəbərlər
Son Xəbərlər