“Bakı Moskvanın dəvətinə razılıq verib, İrəvan yox”

baki-moskvanin-devetine-raziliq-verib-irevan-yox
Oxunma sayı: 4147

“Moskva Ermənistanla Azərbaycanı danışıqlar üçün Rusiya və üçüncü ölkələrə dəvət edib”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova brifinqdə İrəvanla Bakı arasında danışıqlar prosesindən danışarkən deyib. 

“Biz tərəflərə Moskvada və üçüncü ölkələrdə çoxtərəfli danışıqlar çərçivəsində görüş üçün dəvətlər göndərmişik. Bakı hər zaman danışıqların aparılmasına hazır olduğunu bildirib. Təəssüflər olsun ki, erməni tərəfdaşlarımız barəsində eyni şeyi deyə bilmərik. Ola bilsin, onlar hesab edirlər ki, Paris, Vaşinqton, Brüsseldən olan yeni məsləhətçiləri daha maraqlı, daha yaxşı və daha səmərəli təkliflər verə bilərlər”, - deyə Zaxarova qeyd edib.