Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Minik maşını yoldan çıxaraq aşıb. Nəticədə, 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
***
Baş DYP İdarəsindən bildirilib ki, bu gün saat 07:33 radələrində Bakı-Qazax magistral yolunun 123-cü kilometrliyində “Mercedes” markalı 90 MK 953 dövlət qeydiyyat nişanlı avtomobil idarəetmədən çıxıb.
Sürücü Quliyev Həsən Vəli oğlu Abdullayeva Rahidə İmamverdi qızı dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar aparılır.
Son xəbərlər
Son Xəbərlər