Bakı sakinindən 20 kiloqrama yaxın marixuana aşkarlandı

baki-sakininden-20-kiloqrama-yaxin-marixuana-askarlandi
Oxunma sayı: 2165

Bu gün Bakıda qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Penitensiar xidməti və DİN yayıb.

Bildirilib ki, axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasında saxlanılan Quliyev Etibar Nəriman oğlu saxlanılıb.

Ondan Bakı şəhəri, Qaradağ rayon, Lökbatan qəsəbəsi, Bünyat Bünyatzadə küçəsi 14 nömrəli binanın arxasında yerləşən, yararsız, iki mərtəbəli tikilinin birinci mərtəbəsinin içərisində gizlətdiyi ümumi çəkisi 19 kiloqram 503,6 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuana götürülüb.