Bakı-Sumqayıt yolunda yanğın oldu

baki-sumqayit-yolunda-yangin-oldu
Oxunma sayı: 1660

Bakı-Sumqayıt yolunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, FHN-in "112" qaynar telefon xəttinə bu barədə məlumat daxil olub və dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.