Ötən gün Türkiyə kubokunun 1/4 finalında “Qalatasaray” “Gençlerbirliyi”nə 0:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
“Qafqazinfo” xəbər verir ki, İstanbul klubunun qapıçısı Günay Güvenç bu matçda kobud səhvlərlə yadda qalıb.
Qarşılaşmadan sonra tərəfdarlar qolkiperi fitə basıblar. O, ağlayaraq paltardəyişmə otağına yollanıb. Daha sonra isə Barış Alper Yılmaz onu yenidən meydançaya qaytarıb. Bu dəfə fanatlar Günaya dəstək nümayiş etdiriblər.
Son xəbərlər
Son Xəbərlər