Ağstafa rayonunda məktəbli bıçaqlanıb.
“Qafqazinfo” xəbər verir ki, Ağstafa Rayon Polis Şöbəsinə rayonun 3 saylı tam orta məktəbinin 8-ci sinif şagirdi U. İ.-yə digər məktəbli tərəfindən kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə məlumat daxil olub.
Hazırda həmin şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
***
Səadət Şükürova adına 3 nömrəli məktəbdən saytımıza bildirilib ki, hadisə aprelin 21-də baş verib.
“Ağstafa şəhər Səadət Şükürova adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi eyni məktəbdə oxuyan VIII sinif şagirdinə aralarında yaranmış mübahisə zamanı yüngül xəsarət yetirib. Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib və müvafiq tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Onun səhhəti məktəb rəhbərliyi tərəfindən nəzarətdə saxlanılır.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Şagirdlərin yeniyetməlik dövru olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik”, - məlumatda qeyd edilib.
Son xəbərlər
Son Xəbərlər