“Turan” Voleybol Klubu Yüksək liqada aldığı qızıl mükafatı rayona aparıb - Fotolar

turan-voleybol-klubu-yuksek-liqada-aldigi-qizil-mukafati-rayona-aparib
Oxunma sayı: 502

Azərbaycan çempionu adını qazanan Qadınlardan ibarət “Turan” voleybol klubu doğma Tovuz rayonunda böyük coşqu və qürur hissi ilə qarşılanıb.

“Qafqazinfo” xəbər verir ki, qələbə münasibətilə təşkil olunan tədbirdə rayon ictimaiyyəti, idmansevərlər və gənclər komandanı alqışlarla qarşılayıblar.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra Azərbaycan çempionluğunu qazanan komanda üzvlərinin təntənəli şəkildə rayona gətirdikləri kubok ictimaiyyətə təqdim olunub.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov qalib komanda üzvləri ilə görüş keçirib.

Görüş zamanı çıxış edən RİH başçısı Məmməd Məmmədov “Turan” voleybol klubunu tarixi uğur münasibətilə səmimi-qəlbdən təbrik edib, gələcək beynəlxalq turnirlərdə uğurlar arzulamışdır.

Bildirib ki, Tovuz kimi bir kənd rayonunun Voleybol klubunun Azərbaycan çempionu olması və beynəlxalq turnirlərdə iştirakı ölkə rəhbərliyinin respublikanın bütün regionlarında idmanın inkişafına göstərdiyi çox böyük diqqət və qayğının bariz nümunəsidir. Qeyd olunub ki, “Turan” klubunun qazandığı bu çempionluq Tovuz gəncləri üçün böyük motivasiya mənbəyidir.

Sonda “Turan” voleybol klubunun üzvlərinə Tovuz Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanlar və hədiyyələr təqdim olunub. Sonda xatirə şəkli çəkdirilib.