Bakı yolları ötən əsrə “qayıtdı”... - Videoreportaj

baki-yollari-oten-esre-qayitdi
Oxunma sayı: 4318

Məlum olduğu kimi, Azərbaycan Avtomobil Federasiyası (AAF) və “Zhara Events”in təşkilatçılığı ilə avqustun 27-də klassik avtomobillərin yürüşü və sərgisi keçirilib.

Artıq ənənə halını almış yürüşdə paytaxt küçələrini müxtəlif illərdə və ölkələrdə istehsal olunan klassik avtomobil karvanı bəzəyib. 

50 kilometrdən çox məsafəni qət edərək “Sea Breeze” istirahət mərkəzinə çatan klassik avtomobillərin burada sərgisi olub. Tamaşaçılara həmçinin  tanınmış ifaçıların iştirakı ilə retro tərzdə konsert də təqdim edilib. 

“Qafqazinfo”nun əməkdaşı Xəyal Vəlizadənin klassik avtomobillərin yürüşü və konsertdən hazırladığı videoreportajı təqdim edirik: