Bakıda 17 yaşlı oğlan iki həmyaşıdını bıçaqladı

bakida-17-yasli-oglan-iki-hemyasidini-bicaqladi
Oxunma sayı: 2478

Bakıda 2 həmyaşıdını öldürməyə cəhd edən yetkinlik yaşına çatmayan şəxs tutulub.

“Qafqazinfo” Xəzər Rayon Prokurorluğuna istinadən xəbər verir ki, hadisə iyunun 10-u saat 01 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində baş verib. Yetkinlik yaşına çatmayan iki şəxsə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla 2006-cı il təvvəllüdlü M.Babayevin (şərti) aralarında yaranmış mübahisə zamanı iki həmyaşıdına bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. M.Babayev iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.