Bakıda 18 yaşlı gənc avtobusdan yıxılaraq öldü

bakida-18-yasli-genc-avtobusdan-yixilaraq-oldu
Oxunma sayı: 3117


“Qafqazinfo” xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə “Baksol yolu” adlanan ərazidə qeydə alınıb.

Abşeron rayon sakini, 1996-cı il təvəllüdlü Bəhruz İdris oğlu Cəfərov 71 saylı xətt marşrutu üzrə hərəkət edən “Daewoo” markalı  sərnişin avtobusundan yıxılaraq ölüb.

Hazırda faktla bağlı araşdırma aparılır.