Bakıda 38 yaşlı kişi öldürüldü - Qadın tutuldu - Yenilənib

bakida-38-yasli-kisi-olduruldu
Oxunma sayı: 8305

Bu gün saat 09 radələrində paytaxtın Sabunçu rayonunun Sabunçu qəsəbəsindəki evlərin birində qətl törədilib.

“Qafqazinfo” Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinə istinadən xəbər verir ki, 1986-cı il təvəllüdlü İsrafilov Samir Yanvar oğlunun kəsilmiş-deşillmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 1976-cı il təvəllüdlü Tahirova Ruhiyyə Mürvət qızı polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Hazırda faktla bağlı araşdırma aparılır.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, S.İsrafilovla R.Tahirova qeyri-rəsmi ər-arvad münasibətində yaşayırmışlar.