Bakıda ata 2 yaşlı oğlunu bıçaqladı

Bakıda ata 2 yaşlı oğlunu bıçaqladı
Oxunma sayı: 6956

Bakıda ata 2 yaşlı oğlunu bıçaqlayıb.

Daxili İşlər Nazirliyinin (DİN) rəsmisi Elşad Hacıyev "Qafqazinfo"ya bildirib ki, hadisə noyabrın 23-də Səbail rayonunda qeydə alınıb. 

Məlum olub ki, 32 yaşlı Yevlax sakini Saqi Kərimov 1976-cı il təvəllüdlü qayınanasına yüngül və 2020-ci il təvəllüdlü oğluna isə daxilə nüfuz edən, sonra özünün boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib. S.Kərimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra saxlanılıb. 

Faktla əlaqədar cinayət işi başlanıb, istintaq aparılır.