Bakı şəhəri, Binəqədi rayonu, Ə.Nəvai küçəsində yanğın baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının bir-birinə bitişik, taxta konstruksiyalardan ibarət obyektlərdə baş verdiyi və yayılaraq digər obyektlərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.
Həmçinin oxuyun: В июне 7 дней подряд будут нерабочими
Kapital Bank реализовал совместный проект с Women Bankers Club
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 70m² və 100m² olan ictimai iaşə obyektləri müvafiq olaraq 50m² və 44m² sahədə, bərbərxana 6m² sahədə yanıb, ümumi sahəsi 20m² olan avtomobilyuma məntəqəsinin lambir materialdan ibarət tavanı yüksək temperaturdan əriyib.
Obyektlərin qalan hissəsi və digər bitişik obyektlər yanğından mühafizə olunub.