Noyabrın 12-də Bakıda “Gilabi Ceramics” yerli markasının yeni mağazasının açılışı olub.
“Qafqazinfo” xəbər verir ki, Balaxanı və Ramana qəsəbələrində iki mağaza filialı olan marka sayca üçüncü mağazasını 28 may küçəsində açıb. “Gilabi ceramics” ənənə və müasirliyin qabarıq duyulduğu və yüksək texnologiyanın məziyyətlərindən peşəkarlıqla istifadə edərək istehsal etdiyi məhsulları ilə müvəffəqiyyətli addımlar atan milli brenddir.
Keramika rəssamı Emin Ələkbərovun təşəbbüsü ilə 2020-ci ildən fəaliyyətə başlayan “Gilabi ceramics” yüksək keyfiyyətli məhsulları ilə seçilən keramika müəssisəsidir. Marka yüksək keyfiyyətli və orijinal biçimli məhsullar istehsal edərək çağdaş keramika sənətini günümüzdə layiqincə təmsil edir. Adını xüsusi gil növündən alan “Gilabi ceramics” keramika sənətinin bir çox sahəsini bir araya gətirərək çox yönlü bir sənət fenomeninə çevrilir.
Markanın təsisçisi Emin Ələkbərovun sözlərinə görə, bu sənətə və burada təqdim olunan kolleksiyalara maraq olduqca böyükdür: ““Gilabi Ceramics” yerli addır. Bu marka Balaxanıda abadlıq işləri çərçivəsində yaranan istehsalat markasıdır. Burada əsas məqsəd yerli istehsalatın inkişafı, gənc kadrların işlə təmini və sırf azərbaycan məhsullarının ərsəyə gəlməsidir. Sözsüz ki bu yerli turizmin də inkişafına olduqca faydalıdır. Bu mağazanı da şəhər mərkəzində açaraq kolleksiyalarımızı yerli və xarici turistlərə daha rahat təqdim etmiş olacağıq.
Hər il onlarla məzun akademiyanı bitirir və onlar həmişə sual verirdilər ki, “biz harada işləyəcəyik?”. Əvvəl bu sualı cavablandırmaq bizim üçün çətin idi. Lakin indi onlar rahatlıqla işlə təmin oluna bilirlər”.
Bunu açılışa dəvətli olan qonaqlar da təsdiqləyib. Azərbaycan Rəssamlar İttifaqının "Dekorativ-tətbiqi sənət" bölməsinin sədri, Azərbaycan Respublikasının Xaliq rəssamı Aydın Rəcəbov bildirib ki, adı çəkilən sənət demək olar ki, tənəzzülə uğrayıb: “Əvvəllər keramik zavod, şüşə zavodu və bir çox fabriklər var idi. Bu gün onların heç biri yoxdu və bu sənət demək olar ki, tənəzzülə uğrayıb. Bu dəvətə gəlməklə mən çox sevindim. Rəssamlıq Akademiyasını bitirən nə qədər gənc, istedadlı adamları işlə təmin etmiş olublar. Burada olan suvenerlərə baxıram və deyirəm ki, görün, bizdə hər şey var. Burada hərbir gənc rəssamın öz yaradıcılığı var”. 
Azərbaycan Respublikasının Xalq rəssamı, heykəltəraş Fuad Salayev isə bildirib ki, mağazada təqdim olunan kolleksiyaların hər biri əsərdir: “Əsərlərin hər biri çox gözəl işlənib. Bakıda belə bir məkanın olması, təqdimatın edilməsi çox yaxşı haldır. Mən çox şadam ki, bunların ərsəyə gəlməsi gənc rəssamlarla bağlıdır. Çox istərəm ki, bu davam etsin. Onların hər birinə uğurlar arzulayıram”.
Dəvətli qonaqlar arasında olan Əməkdar incəsənət xadimi, sənətşunas Ziyadxan Əliyev də mağazanın açılışını yüksək qiymətləndirib. O bildirib ki, bu sahədəki boşluğu məhz elə, “Gilabi Ceramics” doldura bilər: “Hər bir kolleksiya gözəl əsərlərdən ibarətdir. Əvvəlllər bizə keramika Çindən gətirilirdi. Bunu nəzərə alaraq deyə bilərəm ki, indi bu artıq milli olub. Bu kollektiv keramika sənətinin bərpasında böyük rol oynayır”.
Qeyd edək ki, “Gilabi Ceramics” yalnız yüksək peşəkarlıq olan, istedadlı və mehriban heyət olaraq, keramika sənətinin bir çox sahəsini bir araya gətirərək çoxyönlü bir sənət fenomeninə çevrilmək məqsədi ilə uğurla addımlayır. Bu marka bugünkü günümüzdə hər kəsin böyük məmnuniyyətlə hədiyyə edə biləcəyi, ölkə daxilində və ölkədən kənara aparıla bilən ən gözəl keramik məhsul olaraq, müxtəlif bədii-estetik naxış elementləri, rəng uyğunluğu, orijinal bədii-ifadə tərzi ilə milli- mədəni irsimizin ən önəmli təmsilçisinə çevrilməkdədir.
Ünvanlar:
Bakı 28 May küç. 20.
(+994) 51 240 76 26
Balaxanı qəs. Səfəvilər küç. 15
(+994) 51 240 76 27
Ramana qəs. V.Vəliyev küç 256
(+994 51) 240 76 28
Sosial şəbəkələr: https://www.secure.instagram.com/gilabi.ceramics/







