Gömrük terminalında maşının altından meyit tapıldı

gomruk-terminalinda-masinin-altindan-meyit-tapildi
Oxunma sayı: 2207

Bakıda avtomobilin altından meyit tapılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə dünən saat 17 radələrində Lökbatan qəsəbəsinin ərazisində yerləşən gömrük terminalının dayanacağında baş verib.

Orada saxlanılan avtomobilin altından üzərində zorakılıq əlamətləri görünməyən naməlum kişi meyiti aşkarlanıb.

Xəbəri rus dilində oxuyun: Смерть на терминале: в Баку под авто нашли тело жителя Агдаша

Məlum olub ki, ölən şəxs Ağdaş rayon sakini 1994-cü il təvəllüdlü Ələddin Əyyub oğlu İsrafilovdur.

Faktla bağlı araşdırma aparılır.