Bakıda kişi bacısına və yeznəsinə 18 bıçaq zərbəsi vurdu

bakida-kisi-bacisina-ve-yeznesine-18-bicaq-zerbesi-vurdu
Oxunma sayı: 5029

Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

1987-ci il təvəllüdlü Həmidov İsmayıl Kamil oğlu və həyat yoldaşı, 1994-cü il təvəllüdlü Sadıqova Zümrüd Vədud qızı çoxsaylı bıçaq xəsarətləri alıblar. Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırıblar. Müayinə zamanı İ.Həmidovun bədənində 12, Z.Sadiqovanın bədənində isə 6 ədəd kəsilmiş-deşilmiş bıçaq yaraları aşkarlanıb.

Hər iki yaralının vəziyyəti ağır olduğundan onlar reanimasiya şöbəsinə yerləşdiriliblər.

İlkin məlumata görə, hadisə ailədaxili münaqişə zəminində baş verib. Hadisəni Z.Sadıqovanın qardaşı törədib.

Cinayətin təfərrüatı araşdırılır.