Bakıda avtobus qəzasında ölənlərin sayı artdı - Video - Yenilənib

bakida-avtobus-qezasinda-olenlerin-sayi-artdi
Oxunma sayı: 5498

Bu gün Qaradağ rayonunda sərnişindaşıma fəaliyyəti göstərən 122 saylı marşrut avtobusu qəzaya düşüb.

“Qafqazinfo” Milli.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Qaradağ rayonu ərazisindən keçən hissəsində baş verib.

Qaradağ rayonunun Lökbatan-Çeyildağ-Lökbatan istiqamətində hərəkət edən avtobus Sahil qəsəbəsi ərazisində qəza törədib.

İlkin məlumata görə, hadisə nəticəsində avtobusda olan sərnişinlərdən ikisi ölüb, bir neçə nəfər isə xəsarət alıb.

***

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 09:00 radələrində mərkəzə Qaradağ rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.

Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub.

Hadisə yerində xəsarət alan 9 nəfərə  (4 qadın, 4 kişi və 1 uşaq) təcili tibbi yardım briqadası tərəfindən zəruri tibbi xidmət göstərilib və Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. 2 nəfərin (kişi və qadın) həkiməqədər ölüm faktı qeydə alınıb.

***

Qaradağ rayonunda baş verən ağır qəzada ölənlərin sayı üçə çatıb.

Milli.Az qəzada ölənlərin adlarını yayıb:

Bəşirov Taleh Üzeyir oğlu

İsgəndorova Zahidə Tahir Qızı

Cənnət adlı qadın