Bakıda oğlan öldürüldü - Ana şübhəlidir+Foto

bakida-oglan-olduruldu
Oxunma sayı: 3481

Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində dəhşətli hadisə baş verib.

“Qafqazinfo” “Unikal”a istinadən xəbər verir ki, Rəna adlı yaşlı qadın oğlunu bıçaqlayaraq qətlə yetirib.

Faktla bağlı hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. 

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 11:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi ərazisindən çağırış qeydə alınıb. 

Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.

Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfərin (1 qadın, 1 kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.