Bakıda qadın ərini başından baltaladı

bakida-qadin-erini-basindan-baltaladi
Oxunma sayı: 5927

Bakıda qadın ərini baltalayıb.

“Qafqazinfo” xəbər verir ki, yanvarın 21-də saat 08 radələrində Qaradağ rayonu, Qızıldaş qəsəbəsində 1995-ci il təvəllüdlü Könül Quliyeva (adlar şərtidir) həyat yoldaşı, 1987-ci il təvəllüdlü Rəsul Quliyevi baltalayıb. Baş nahiyəsindən ağır xəsarət alan kişi xəstəxanaya çatdırılıb.

Ərinə ağır xəsarət yetirən Könül Quliyeva tutulub.

Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılıb, araşdırma aparılır.