Bakıda qəza oldu, bu küçədə tıxac yarandı - Foto

bakida-qeza-oldu-bu-kucede-tixac-yarandi
Oxunma sayı: 3618

Bu gün Bakı şəhər Əbdülvahab Salamzadə küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, qəza səbəbindən Ziya Bünyadov prospekti istiqamətində sıxlıq yaranıb.

Yol polisi əməkdaşları hadisə yerinə cəlb olunub.

Sıxlığın aradan qaldırılması məqsədilə işlər aparılır.