Bakıda restoranda yanğın baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Yasamal rayonunda ümumi sahəsi 220 m² olan restoranın mətbəxində 1 ədəd kondisioner və 2 ədəd soyuducu yanıb.
Restoranın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Son xəbərlər
Son Xəbərlər