“Bakıda sürprizlərin nə zaman baş verəcəyini heç kim bilmir” - Bottas

bakida-surprizlerin-ne-zaman-bas-vereceyini-hec-kim-bilmir
Oxunma sayı: 2077

“Fasilə uzun sürdü. Maşına əyləşmək üçün darıxmışam. Azərbaycan paytaxtındakı trass kənardan sadə görünə bilər. Lakin buradakı sürprizlərin nə zaman baş verəcəyini heç kim bilmir. Bakıda hər bir dövrə riskdir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Bakıda keçiriləcək Formula 1 Qran-Prisində çıxış edəcək “Alfa Romeo” komandasının pilotu Valtteri Bottas deyib. 

Məşhur pilot Azərbaycanda keçiriləcək yarışdan danışıb: “Mənim və komandamızın qarşısında duran əsas vəzifə gündən-günə inkişaf etməkdir. Bu trassda həm qalib olmuşam, həm də podiuma çıxmışam. Ona görə də Bakını çox sevirəm. Qarşıdakı yarışda da uğurlu çıxış etməyə ümidvaram.

3 həftə ərzində xeyli iş gördük. Sprintin olması yarışı maraqlı edəcək. Belə formatı çox bəyənirəm. Bəhreyndəki yarışdan sonra bir qədər geriləmə oldu. Təhlilini aparmışıq. Ümid edirəm ki, nəticə çıxarıb yenə də xal uğrunda mübarizə aparacağıq”.

Həmçinin oxuyun: ОАО ТуранБанк подвело итоги первого квартала 2023 года