Bakıda taekvondo üzrə dünya çempionatı keçirilir - Fotolar - Yenilənib

bakida-taekvondo-uzre-dunya-cempionati-kecirilir
Oxunma sayı: 2879

Bakıda taekvondo üzrə dünya çempionatının açılışı olub.

“Qafqazinfo” xəbər verir ki, artıq yarışlara start verilib.

Saat 09:00-da başlayan dünya çempionatında bu gün Azərbaycanın bir idmançısı mübarizəyə qoşulacaq.

68 kq-da Cavad Ağayev 1/32 finalda efiopiyalı Solomon Tefera və qazaxıstanlı Eldar Kurmanaliyev cütünün qalibi ilə qarşılaşacaq.

***

Cavad Ağayev dünya çempionatına qələbə ilə başlayıb.

68 kq çəki dərəcəsində qüvvəsini sınayan yığma üzvü 1/32 finalda Eldar Kurmanaliyevi (Qırğızıstan) məğlub edib.

C. Ağayev 2:0 hesabı ilə qələbə qazanıb. O, növbəti döyüşündə çinli Çenminq Xiao ilə qüvvəsini sınayacaq.

Elsevər Məmməd

Foto: Müzəffər İsmayılov