Bakıda vəkil özünü kollegiyanın yanında yandırdı - Foto

bakida-vekil-ozunu-kollegiyanin-yaninda-yandirdi
Oxunma sayı: 14838

Vəkil Zaur Məmmədov intihar edib.

“Qafqazinfo”nun məlumatına görə, Z.Məmmədov hələ ki, bilinməyən səbəbdən üzərinə benzin tökərək özünü yandırıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə Vəkillər Kollegiyasının yanında qeydə alınıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb edilib.

Qeyd edək ki, Zaur Məmmədov Salyan Rayon Bürosunda fəaliyyət göstərir.

***

Baş Prokurorluqdan bildirilib ki, vəkil Zaur Məmmədovun yanvarın 1-də saat 19 radələrində intihar etməsi faktı üzrə Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanaraq təxirəsalınmaz istintaq tədbirləri həyata keçirilir.

Sail Ağasəlim