Bakıda yanan mağaza söndürüldü - Video

bakida-yanan-magaza-sonduruldu
Oxunma sayı: 5083

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən mağazada yanğın olması barədə məlumat daxil olub.

"Qafqazinfo"nun xəbərinə görə, dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Görülmüş operativ və çevik müdaxilə nəticəsində yanğınsöndürənlər tərəfindən yanğın genişlənməsinin qarşısı alınmaqla söndürülüb.