Bakıda yardım tıxacı - Video

bakida-yardim-tixaci
Oxunma sayı: 7441

Xəbər verdiyimiz kimi, Türkiyədə baş verən zəlzələdə zərərçəkənlərə kömək məqsədilə Bakıda yardım kampaniyası başladılıb.

“Qafqazinfo”nun məlumatına görə, gecə saatları olmasına baxmayaraq, paytaxtda yardım kampaniyası davam edir.

Belə ki, Bakı sakinləri yardımların toplandığı “Doğtaş” mebel mağazasına doğru axışır. Bu səbəbdən mağazanın yerləşdiyi Babək prospektində güclü tıxac yaranıb.

Bunu ənənəvi tıxaclardan fərqləndirən isə odur ki, bu, yardım tıxacıdır. Hətta bəzi vətəndaşlar avtomobillərini olduqca kənarda saxlayıb yardımlarını əllərinə alaraq qeyd olunan ünvana doğru hərəkət edirlər.

Emin Səfərov

Fotolar: Müzəffər İsmayılov