Bakıda yarımçıq tikili narkotik yuvasına çevrilib - Video

bakida-yarimciq-tikili-narkotik-yuvasina-cevrilib
Oxunma sayı: 5946

Bakıda tikintisi yarımçıq qalmış parklanma yerinin ərazisinə toplaşan insanların mütəmadi olaraq narkotik qəbul etdiyi iddia olunur.

Həmin ərazinin yaxınlığında yaşayan binanın sakinləri “Qafqazinfo”ya müraciət edərək bildirib ki, Yasamal rayonu, Zivərbəy Əhmədov 10 ünvanında yerləşən tikilinin yaxınlığındakı köşkdə yaşayan və tüfeyli həyat tərzi keçirən şəxsin yanına tez-tez müxtəlif adamlar gəlir. Sakinlərin iddiasına əsasən, artıq həmin şəxslər özləri ilə uşaqlarını da gətirirlər.

Ora toplaşanların həmin yerdən narkotiki satmaq məqsədilə istifadə etməyi, narkotik alverçilərinin yuvasına çevrildiyi də istisna deyil. 

İyirmiyə yaxın bina sakininin imzaladığı və Bakı Şəhər Baş Polis İdarəsinə ünvanlanan müraciətdə qeyd edilib ki, tikilinin ətrafının hasarlanmasına baxmayaraq, onun daxili tamamilə nəzarətsizdir: “Belə ki, ərazi mühafizə olunmur və istənilən şəxs hasarlanmış əraziyə heç bir maneə olmadan içəri daxil olur. Bu şəraitdən istifadə edən bəzi şəxslər artıq 3-4 ilə yaxın müddətdir ki, hasarlanmış tikilinin içərisinə daxil olaraq, həmin ərazidə dəmir konstruksiyadan düzəldilmiş konteynerdə narkotik maddələri qəbul etməklə məşğuldur. Bununla yanaşı, son dövrlərdə həmin əraziyə daxil olan yetkin şəxslərlə bərabər azyaşlı uşaqlar da tikinti aparılan sahəyə daxil olaraq bu şəxslərin pis əməllərinə şahid olurlar".

Həmçinin oxuyun: 21 yaşlı Baharı zorla ərə verən atasına cinayət işi başlandı - Qız və sevgilisi intihar edib

Anasının çılpaq videosunu çəkən qəzet direktorunu necə öldürdüyünü danışdı

Gəlinini doğrayan 75 yaşlı kişiyə hökm oxundu

Vətəndaşların sözlərinə görə, bununla əlaqədar bir neçə dəfə sahə müvəkkilinə müraciət etsələr də, hər hansı tədbir görülməyib: “Həmin ərazidə yaşayan sakinlər kimi, bu şəxslərin əməllərindən çox narahatlıq keçiririk və hesab edirik ki, narkotik maddələr qəbul edən, eləcə də həmin ərazidə müxtəlif əxlaqsız hərəkətlərə yol verən şəxslərin əməli cəmiyyətə açıq-aşkar hörmətsizlikdir. Eyni zamanda hesab edirik ki, bu şəxslər cəmiyyət üçün təhlükə mənbəyidir və öz əməllərinin mahiyyətini bilməyən bu şəxslər ətrafda yaşayan gənc, qadın, yeniyetmə və qocalara qarşı istənilən cinayəti törədə bilərlər".

Sakinlər həmin ünvanda yerləşən yarımçıq tikilinin nəzarətə götürülməsini və həmin şəxslər barəsində lazımi tədbir görülməsini xahiş ediblər. 

***

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov məsələ ilə bağlı “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, həmin kadrlar cari ilin yay aylarında çəkilib: “Yasamal rayonunda həmin yerdə ərazi üzrə polis orqanının əməkdaşları və ya Nazirliyin digər müvafiq Baş İdarələri tərəfindən dəfələrlə əməliyyatlar keçirilib. Bir videonun fonunda polis əməkdaşlarının narkotik vasitələrlə guya mübarizə aparmadığını söyləyən adamların bu fikirləri isə təəssüf hissi doğurur. Hər kəs bu gün polis əməkdaşlarının narkotiklərlə apardığı fədakar və məqsədyönlü mübarizənin şahididir”.