Bakıya sulu qar yağır - Video - Fotolar

bakiya-sulu-qar-yagir
Oxunma sayı: 2733

Hazırda Bakıda qarlı hava müşahidə olunur.

“Qafqazinfo” xəbər verir ki, paytaxta yağan sulu qarın görüntüləri artıq sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşılır.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi, yanvarın 10-da ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə olunur. Yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yanvarın 11-i gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Fotolar: Xəyal Vəlizadə