“Baku Medical Plaza”da yanğın olub? - Açıqlama

baku-medical-plazada-yangin-olub
Oxunma sayı: 823

“Baku Medical Plaza” klinikalar şəbəkəsinin Babək filialında yanğın hadisəsi baş verməsi barədə iddialar yayılıb.

Yayılan iddialarla bağlı sözügedən klinikalar şəbəkəsindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 13:50 radələrində filialda qısaqapanma nəticəsində tüstülənmə hadisəsi qeydə alınıb.

“Tüstülənmə klinikanın birinci mərtəbəsində yerləşən boş həkim otaqlarından birində baş verib. Hadisə baş verdiyi andan etibarən klinikanın daxili təhlükəsizlik və fövqəladə vəziyyət protokollarına uyğun olaraq operativ tədbirlər görülüb, tüstülənmə mənbəyi tam nəzarət altına alınıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hazırda klinika fəaliyyətini adi rejimdə davam etdirir və tibbi xidmətlərin göstərilməsində hər hansı fasilə yaranmayıb”, - məlumatda vurğulanıb.