“Baku Medical Plaza”nın sosial layihəsi uğurla yekunlaşdı - Video

baku-medical-plazanin-sosial-layihesi-ugurla-yekunlasdi
Oxunma sayı: 292

Baku Medical Plaza klinikalar şəbəkəsinin ana olmağa hazırlaşanların hamiləlik dövrü, doğuşa hazırlıq və gələcək körpənin sağlam inkişafı mövzularında maarifləndirilməsi məqsədilə həyata keçirdiyi növbəti sosial layihə uğurla başa çatıb.

“Möcüzəyə Doğru - Analıq Məktəbi” adlı layihə çərçivəsində gələcək analar üçün müxtəlif təlim və görüşlər keçirilib. Məqsəd ana olmağa hazırlaşanlara hamiləliyin fizioloji gedişatı, doğuş prosesinə düzgün hazırlıq, ana və körpə arasında sağlam münasibətlərin formalaşdırılması, psixoloji və fiziki hazırlıq mövzularında ətraflı məlumatların təqdim olunmasıdır.

Təlimlər “Baku Medical Plaza”nın peşəkar həkim-mütəxəssislərinin iştirakı ilə həyata keçirilib. Görüş zamanı hamilələr və yeni ana olmuş iştirakçılara faydalı məlumatlar təqdim olunub, onları maraqlandıran suallar mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb. Sosial təşəbbüs iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, “Möcüzəyə doğru - Analıq Məktəbi” layihəsi çərçivəsində növbəti təlim yanvarın 30-da Şamaxı Rayon Mərkəzi Xəstəxanasında və  fevralın 21-də Bakı şəhəri “Baku Medical Plaza” Babək filialında həyata keçiriləcək.

Təlimlər ödənişsizdir və iştirakçılara müxtəlif hədiyyələr təqdim olunacaq.