Balakəndə dərzi sexi və mağaza yanıb

balakende-derzi-sexi-ve-magaza-yanib
Oxunma sayı: 837

Balakəndə dərzi sexi və mağaza yanıb.

“Qafqazinfo”nun məlumatına görə, yanğın hadisəsi rayonun Səttar Gözəlov küçəsində baş verib.

Yanğın yerinə Balakən rayon Yanğından Mühafizə hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb olunub.

Yanğın zamanı 1980-cı il təvəllüdlü Hüseynov Rasim Teymur oğluna məxsus ümumi sahəsi 25 m² olan dərzi sexi içərisindəki əşyaları ilə birlikdə tamamilə, 1974-cü il təvəllüdlü Məmmədov Kamran Əli oğluna məxsus parça mağazasının isə 2 m² dam örtüyü yanıb.

Mağazanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb.

Mübariz Muradov