Ötən gün Balakəndə baş verən qəzada yaralanan daha bir nəfər ölüb.
“Qafqazinfo”nun məlumatına görə, ağır qəzada yaralanan rayonun Yeni Şərif kənd sakini 31 yaşı Şamil Saxalov müalicə aldığı Balakən Rayon Mərkəzi Xəstəxanasında həyatını itirib.
Qeyd edək ki, yol-nəqliyyat hadisəsi rayonun Talalar kəndi ərazisində olub. Belə ki, “VAZ-2106” və “VAZ-21015” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-2106”nın sürücüsü 30 yaşlı Əyyub Anqbazov aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən yerləşdirildiyi xəstəxanada ölüb. Digər nəqliyyat vasitəsinin sürücüsü 22 yaşlı Rufan Bayramov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Mübariz Muradov
Son xəbərlər
Son Xəbərlər