Balaş Qasımovun komandası məşhur oyunda yenə qalib oldu - Video

balas-qasimovun-komandasi-meshur-oyunda-yene-qalib-oldu
Oxunma sayı: 2211

Dünən məşhur “Nə? Harada? Nə zaman?” (“Что? Где? Когда?”) oyununun yaz seriyasının finalı baş tutub.

“Qafqazinfo” xəbər verir ki, Rusiyanın Birinci kanalında canlı yayımlanan oyunun qalibi İTV-nin Baş direktoru Balakişi (Balaş) Qasımovun komandası olub.

Denis Qaliakberov, Dmitri Avdeyenko, Elman Talıbov, Yuliya Lazareva və Sergey Nikolenkonun yer aldığı qrup 6:5 hesabı ilə qalib gəlib.

Komandanın üzvü Denis Qaliakberov isə “Büllur bayquş”a sahib olub.

Qeyd edək ki, komanda sözügedən məşhur oyunun qış sessiyasında da qalib olmuşdu.