Arda Turanın sevgisi bitdi

arda-turanin-sevgisi-bitdi-
Oxunma sayı: 646

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, evlilik bir yana, məşhur cütlük gözlənilməz bir qərarla münasibətlərə son verib. Bəziləri araya girən məsafənin ayrılığa səbəb olduğunu söyləyirlər. Ancaq ayrılıqla bağlı xəbərlərdə Ceylan Çapanın da adı hallanır.
Deyilənlərə görə, Arda milli komandanın oyunu üçün İstanbula gəldiyi günlərdə Ceylan Çapa ilə qarşılaşıb. “Qalatasaray” tərəfdarı olan, Fashion TV-də aparıcılıq edən və əsas məqsədi idman proqramında aparıcılıq etmək istəyən Ceylanla gənc furbolçunun o günlərdə yaxınlaşdığı bildirilir.
Ceylan Çapa Arda Turan “Qalatasaray”dan “Atletiko Madrid”ə transfer olunanda “Ardanın boşluğunun tam olaraq dolması çətindir”, deyə yazmışdı.