“Barselona” Levandovski ilə bağlı qərar verdi

barselona-levandovski-ile-bagli-qerar-verdi
Oxunma sayı: 3775

“Barselona” rəhbərliyi Robert Levandovski ilə bağlı qərar verib.

“Qafqazinfo” İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi polşalı forvardla yollarını ayıracaq. 

Klub rəhbərliyi yayda 36 yaşı olacaq forvardı 2023/2024 mövsümünün sonunda satmağı planlaşdırır.

Qeyd edək ki, “Barselona” Robert Levandovskini 2022-ci ilin yayında “Bavariya”dan transfer edib. Təcrübəli hücumçu cari mövsümdə komandanın heyətində meydana çıxdığı 17 rəsmi matçda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.